Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək

 Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək

Azərbaycanda maliyyə icarəsi fəaliyyəti ilə yalnız hüquqi şəxslər məşğul ola biləcəklər.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, layihədə maliyyə icarəsi verənləri AMB vasitəsilə prudensial tənzimlənməsi və nəzarətlə bağlı çərçivə təklif edilib:

"Maliyyə icarəsi xidməti göstərən hüquqi şəxslər AMB-nin yaradacağı reyestrə daxil ediləcəklər. Qanun qəbul edildikdən sonra adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri olan təşkilatların qeyri-qanuni bu adlardan istifadəsi istisna ediləcək (tənzimlənəcək). ​Həmçinin məlumatların ən azı bir kredit bürosuna təqdim edilməsi tələbi təsbit olunub. Bu, maliyyə bazarında informasiya asimmetriyasını aradan qaldırmağa, borc yükünün düzgün müəyyənləşdirilməsinə və kredit əlçatanlığının yaxşılaşdırılmasına xidmət edəcək. ​ İcarəyəverənin mühasibat uçotu aparması və maliyyə hesabatlarını tərtib etməsi "Mühasibat uçotu haqqında" qanunla tənzimlənəcək. İllik maliyyə hesabatları auditor rəyi ilə birlikdə AMB-yə təqdim edilməlidir".

16:28 - 22 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin