Əvvəlki iş yerindən 25 minlik oğurluq etdi, saxlanıldı

 Əvvəlki iş yerindən 25 minlik oğurluq etdi, saxlanıldı

Xırdalanda tikinti şirkətlərinin birindən 25 min manatlıq inşaat materialları oğurlanıb.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oğurluq etməkdə şübhəli bilinən 39 yaşlı R.Mehdiyev saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin əvvəllər həmin şirkətdə işlədiyi, daha sonra işdən ayrıldığı və gecə saatlarında tikinti materiallarını taladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. R.Mehdiyev barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

18:12 - 21 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin