Bakıda avtomobil 50 yaşlı kişini vuraraq öldürüb.
Asayis.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Əbil Cavid oğlu Səmədli idarə etdiyi "Az Samand" markalı avtomobil ilə hərəkətdə olarkən yoldan keçən piyada, 1976-cı il təvəllüdlü Hikmət Orucəli oğlu Məlikovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
