Ət bahalaşdı - Video

 Ət bahalaşdı - Video

Dana ətinin qiymətində artım müşahidə olunur.

Asayis.az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakının müxtəlif yerlərində bir müddət öncə 16-17 manata təklif olunan dana əti son günlərdə 18 manata satılır.

Qəssablar bildirirlər ki, qiymətin artması onların satışlarına mənfi təsir göstərir.

Satıcılar qiymətin qalxmasına səbəb olaraq rayonlardan heyvanları baha qiymətə aldıqlarını söyləyirlər.

Qəssablar heyvanların baha satılmasının başqa bir səbəbi kimi isə yemin qiymətlərinin artmasını göstərirlər.

01:48 - 16 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin