"44 günlük müharibədən sonra Avropa mediası, xüsusilə Fransa və ona yaxın Belçika mediasında cəhbə bölgəsində baş verənləri “vəhşilik” adlandıranlar görəsən öz tarixlərindən utanmırlarmı? Fransanın Əlcəzair və digər Afrika dövlətlərində törətdikləri soyqırımlardan kifayət qədər yazılıb. Belçika dövləti görəsən 1961-ci ildə Afrika Konqo Demokratik Respublikasının ilk baş naziri olan Patris Emeri Lumumbanın necə öldürüməsini niyə gizlədir? Guya Lumumba və dostları Mauris Mpolo ve Jozef Okito ilə güllələnib. Bu yalanı hara qədər sürdürəcəklər bilmirəm amma real fakt Belçikalıların necə vəhşi olduqlarını göstərir". Asayis.Az xəbər verir ki, bunu dosent Zaur Əliyev özünün sosial şəbəkə hesabında qeyd edib. Alim paylaşımında ritorik suallar verərərər qarşı tərəfi qəddarlıqda və qeyri-səmimilikdə ittiham edib: "Özü də nəyin üstündə? Lumumba 1960-cı ildə müstəqillik günündə Belçikanın nüfuzlu şəxsləri, o cümlədən Kral Baudouin qarşısında etdiyi məşhur çıxışında Belçikanı pisləyərək, Konqoluların “ləyaqəti alçaldan əsarətdə” saxlanıldığını söylədi.Bundan qəzəblənən kralın əmri ilə 1961-ci il yanvarın 17-də Patris Lumumbanı vəhşicəsinə döydülər, başını maşının altına qoyub əzdilər, sonra qollarını, ayaqlarını qırdılar. Daha ağər işgəncələrdən sonra edam edildi və cəsədini Hidroxlorid (Kislota) turşusunda əritdilər. Döyülən zaman bir dişi düşmüşdü və onu Belçikalı əsgərlərdən biri götürüb 10 ildən sonra təqdim etmişdi məhkəmədə. Onun ölümünün 55-ci ilində dişi rəsmi törənlə dəfn edildi. İndi Fransa və Belçika İinsaf et, hansımız daha qəddarıq?".