Dünyanın ən bahalı xəncəri indi harda saxlanılır? - Dosentdən maraqlı paylaşım

 Dünyanın ən bahalı xəncəri indi harda saxlanılır? - Dosentdən maraqlı paylaşım

Tanınmış dosent Zaur Əliyev yenə maraqlı paylaşımı ilə diqqət çəkib. Belə ki, o bu dəfə Nadir Şaha məxsus olmuş çox dəyərli xəncərlə bağlı yazıb. Özünün facebook hesabında paylaşım edən Z.Əliyev qeyd edib ki, dünyanın ən bahalı xəncəri hazırda Türkiyədə Topqapı muzeyində saxlanılır. Alimin yazdığı postu olduğu kimi sizə təqdim edirik: 

"Osmanlı sultanı İ Mahmud tərəfindən Nadir şah Əfşara hədiyyə edilməsi üçün xüsusi sifarişlə hazırlanıb. Üç  yaşıl zümrüd və 53 birliyant daşlardan olan bu xəncərin hazırda 500 min dollardan çox qiyməti var. Bu qiymətli daşlar xüsusi seçilib və Sultan tərəfindən diqqətlə yoxlanılıb. 1747-ci ildə bu xəncəri Nadir şaha göndərməzdən öncə  Sultana xəbər gəlir ki, Şah sui qəsd nəticəsində öldürülüb və xəncər Osmanlı sarayına geri qaytarılır. Bu günə qədər də muzeydə saxlanılır. Dünyanın ən nadir zərgərlik məhsulu hesab edilir. Xəncərin hazırlanmasında Osmanlı dövlətinin ən peşəkar zərgərləri çalışıblar".

14:37 - 16 Dekabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin