"Azərbaycanda elə ifadələr var ki, bu gün də istifadə edilsə onun anlamı və yaranma tarixinə baxanda təhqir kimi qəbul etmək olar. Məsəl üçün "Mərəzə yolçusu, yaxud Mərəzə dilənçisi" ifadəsi. Çoxları bu sözü guya orda yaşayan qaraçılara görə yarandığını qeyd edirlər. İddia edirlər ki, guya burda vaxtilə rus malakanlar yaxud qaraçıların bir tayfası yaşayıb və onlar burda yolüstündə diləniblər deyə belə ifadə yaranıb". Asayis.Az xəbər verir ki, bunu dosent Zaur Əliyev özünün sosial şəbədəki hesabında yazıb. Həmişə diqqətçəkən analizləri və yazıları ilə oxucuları düşündürən dosentimizin növbəti yazısını sizə təqdim edirik:
"Əzizlərim bu ifadə 1918-ci ildə ermənilər tərəfindən yaranıb və qəhrəman Mərəzə caamatını aşağılamaq üçün istifadə edilib. Həmin ilin mart ayında Şamaxı və Qubada əhalinin soyqırıma məruz qaldığı günlərdə 26 Bakı komissarının rəhbəri və erməni daşnakların başçısı Stepan Şaumyan Mərəzədə bir dəstə adamla gizlənmiş və qırğınları burdan idarə edirdilər.
Mərəzə caamatı görəndə ki, ermənilər atlarla tez-tez bura gəlib bir evin qarşısında durub sonra Şamaxıya gedirlər, yığışıb bütün erməniləri başda Şaumyan olmaqla qovublar. Əllərində balta, yaba, dırmıx ilə silahlı erməniləri qovan yerlilər itki veriblər.
Sonra Quba-Şamaxıdan qayıdan erməni-rus dəstələrinə ağır zərbə vurublar. Erməniləri düz indki Xırdalan ərazisinə qədər qovublar. Bu hadisədən sonra ermənilər "Mərəzəliləri dilənçi, yolçu" deyərək təhqir ediblər ki, onların planlarını burda yerli əhali pozub. Niyə bu ifadəni deyiblər ? Ona görə ki, yol boyu onlara ən ağır zərbəni Mərəzə yolunda vurublar.
Mərəzə dünyada yeganə yerdir ki, burada 72 müqəddəs dini obyekt var. Hətta Rus-Türk müharibəsi zamanı belə ifadə var idi "Osmanlıya gələn bəla Mərəzəyə getsin!" Bunu ona görə deyirdilər ki, “Mərəzənin 72 övliyası, “Diri Baba”sı var. Bütün dərd-bəlanı məhv edəcək!
1918-ci ildə ermənilər qırğın törədən zaman üç qadın qucağında körpə Diri babada gizlənib. Ermənilər onları türbənin içərisində tapa bilməyərək geri qayıdıblar. Sonra evlərinə qayıdan qadınlar deyiblər:
"Mözücə oldu. Biz üzbəüz onları görürdük. Ancaq onlar bizi görmürdülər".
Ona görə bəzən elə ifadələr var onu işlədən zaman onun yaranması tarixini bilmək lazımdır" - deyə, dosent Z.Əliyev yazısında qeyd edib.