"Mən neçə vaxtdır bunu içimdə saxlayıram, gizləyirəm. İndi bunun nə olduğunu demək istəyirəm. Çox güman ki, mən səhnəmizdən tez getməyə çalışacağam", deyə o, qeyd edib.
Aparıcının "Niyə?" sualına isə müğənni "Hər şeyin vaxtı var. Zamanında tərk olunsa yaxşıdır. Sənət adamı buna diqqət eləsə daha yaxşı olar. Ancaq bunun üçün vida konserti olacaq. Orada tamaşaçılarımla sağollaşacam" cavabını verib.