İranlı alimlər xərçəng diaqnozu üçün süni intellekt yaratdılar

 İranlı alimlər xərçəng diaqnozu üçün süni intellekt yaratdılar

İranlı tədqiqatçılar xərçəng diaqnozu üçün süni intellekt yaradıblar.

Asayis.Az xəbər verir ki, bu barədə "Tehran Times" məlumat yayıb. 

İran Tibb Elmləri Universitetinin (İUMS) təşəbbüsü ilə hazırlanan layihə amerikalı alimlərin köməyi ilə müstəqil tədqiqat mərkəzlərinin əməkdaşlığı ilə həyata keçirilib. Bu, sanksiya məhdudiyyətlərini aşan elmi tədqiqat qarşılıqlı əlaqələr sayəsində mümkün olub.

İranlı mütəxəssislər tərəfindən yaradılmış alqoritm süd vəzi xərçəngini ilkin mərhələdə yüksək dəqiqliklə (94%-ə qədər) aşkar etməyə qadirdir.

14:50 - 29 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin