İranlı tədqiqatçılar xərçəng diaqnozu üçün süni intellekt yaradıblar.
Asayis.Az xəbər verir ki, bu barədə "Tehran Times" məlumat yayıb.
İran Tibb Elmləri Universitetinin (İUMS) təşəbbüsü ilə hazırlanan layihə amerikalı alimlərin köməyi ilə müstəqil tədqiqat mərkəzlərinin əməkdaşlığı ilə həyata keçirilib. Bu, sanksiya məhdudiyyətlərini aşan elmi tədqiqat qarşılıqlı əlaqələr sayəsində mümkün olub.
İranlı mütəxəssislər tərəfindən yaradılmış alqoritm süd vəzi xərçəngini ilkin mərhələdə yüksək dəqiqliklə (94%-ə qədər) aşkar etməyə qadirdir.