Doğuşdan Xoşqədəmə - "Səni döysəm, mənimlə..." - VİDEO

 Doğuşdan Xoşqədəmə -

Aparıcı Xoşqədəm Hidayətqızı ilə həyat yoldaşı Doğuş "Səni axtarıram" verilişdə əri və baldızı tərəfindən döyülən qadınla bağlı müzakirə aparıblar.

Asayis.Az axşam.az-a istinadən xəbər verir ki, Doğuş xanımından "Allah yazıbsa, pozsun. 10 illik evliliyimiz var. Səni belə döysəm, manipulyasiya etsəm, qəlbini qırsam, barmağımla hədələsəm, səhər-axşam hüzurun olmasa, uşaqlara görə mənimlə evli qalarsan? Düzünü de" deyə sual edib.

"Təzə müəllim tapmısan. Mənə elə etsən, onun cavabı var, hömətli Doğuş bəy. Hər bir qadın haqqını, hüquqlarını bilməlidir. Amma bəzi məqamlarda var ki, ..." deyə, söyləyən Xoşqədəmin sözlərini Doğuş yarıda kəsib.

"Qadın qadındır. Qadınlarımız anadır, çiçəkdir. Onların dəyərini bilin. Hə, döyülsün, amma uşaqlarına baxsın?" deyə, Doğuş bildirib.

Xoşqədəm Doğuşla 10 il evli olduqlarını vurğulayaraq fikirlərinə davam edib:

"Elə deyil. Elə sözlər var ki, döyülməkdən betərdir. Amma buna dözən qadınlar var. Mən demirəm, döyülən qadın həyat yoldaşına qayıtsın. Əsla. Məsələ başqadır. Oktyabrda 10 ilimiz olacaq. Özüm də deyirəm ki, mən Doğuşa necə dözmüşəm? Ailədə söz-söhbət, araya girən, maneə olan da olacaq, amma qadın da, kişi də güzəştə getməyi bacarmalıdır. Əks halda dünyada ailə qalmaz, hamı ayrılar. Bu 10 ildə çox şeylər olub, nə olar ki, bir dəfə də məni tərifləyəsən?".

Doğuşun aparıcıya cavabı belə olub:

"Mənə? Allahım, mən əsas Xoşqədəmə necə dözmüşəm? 10 ildir. Gəlin, bir də məndən soruşun. Gördünüz ki, bir qadın danışır, anındaca özünüzü "ölülüyə" vurun. Qadınlar həmişə haqlıdır. Susuram. Xoşqədəm başımın tacıdır. Burada onunla zarafat edirəm". 

 

 

 

15:12 - 16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin