İlqar Məmmədov bundan sonra nə işlə məşğul olacaq?

 İlqar Məmmədov bundan sonra nə işlə məşğul olacaq?

"İlqar Məmmədov REAL Siyasi Komitəsinin üzvüdür. Siyasi Komitənin üzvü kimi siyasi partiyanın fəaliyyətində, idarəetməsində iştirak edəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında REAL Partiyasının yeni sədri Natiq Cəfərli deyib. 

O bildirib ki, İlqar Məmmədov həmçinin müxtəlif sahələrdə partiyanın strateji sənədlərin hazırlanmasında iştirakı etməkdə davam edəcək:

"İlqar Məmmədov publik siyasi fəaliyyətdən kənarlaşdığını elan edib. Yəni ictimai və media çıxışlarından imtina edəcəyini söyləyib. Partiyada isə fəaliyyəti davam edəcək”.

Qeyd edək ki, bir neçə gün öncə REAL sədri İlqar Məmmədov sosial şəbəkə üzərindən siyasətdən gedəcəyini açıqlayıb: "Ölkəmizin müharibə sonrası gələcəyinə həsr olunmuş ilk səsvermə üç həftə əvvəlki 1 sentyabr Milli Məclis seçkisi idi. Burada da, təəssüf ki, partiyamızın parlamentdə təmsilçiliyini artıra bilmədim. 2024-cü ildə xalqımız özünün ali siyasi iradəsini səkkizinci dəfə ifadə edərək, mənə yenə də "yox" qərarını açıqladı. Bu müqəddəs iradəyə tabesizlik göstərmək düzgün olmazdı. Onu eşitdim və söz verdiyim kimi, publik siyasi fəaliyyətdən bu gündən ayrılıram".

Bu arada, REAL Partiyasına yeni sədr seçilib. Bununla bağlı partiyanın Siyasi Komitəsi 21 sentyabrda yekdil qərar verib. Qərarla Natiq Cəfərli yeni sədr seçilib.

O, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq. Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.

16:03 - 23 Sentyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin