Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu

 Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu

Türkiyə son illərdəki uğurlu performansı ilə dünyanın ən böyük PUA-SPUA (Pilotsuz Uçuş Aparatı-Silahlı Pilotsuz Uçuş Aparatı) təchizatçısı oldu.

ABŞ mərkəzli Yeni Amerika Təhlükəsizlik Mərkəzi (CNAS) hərbi SPUA-PUA-ların qlobal bazarını araşdıran bir hesabat yayımladı.

Moli Kempıl (Molly Campbell) tərəfindən hazırlanan hesabatda bildirilir ki, Çin, Türkiyə və İranın aşağı maliyyətli hərbi dronlar inkişaf etdirməsindən sonra İsrail və ABŞ-ın dron bazarındakı hakimiyyəti sona çatıb.

2018-ci ildən bəri Çin, Türkiyə və ABŞ ümumilikdə 40 fərqli ölkəyə 69 silahlı hərbi PUA satışı həyata keçirib.

Bu satışların 65 faizini Türkiyə reallaşdırarkən, Çin 26 faiz, ABŞ isə yalnız 8 faiz satış edə bilib.

2022-ci ildə 6 yeni ölkə PUA-SPUA tədarük edib və onların hamısı Baykar tərəfindən istehsal edilən “Bayraktar TB2”lər olub.

Çinin hərbi dron satışları 2014-cü ildə zirvəyə çatdığı halda 2021-ci ilə gəldikdə Türkiyə Çini ötərək dünyanın ən böyük təchizatçısına çevrilib.

Hesabata görə, Liviyada, Dağlıq Qarabağda və Ukraynada döyüş meydanlarında əldə edilən performans və bu uğurların mətbuatda əks-səda olunması Türkiyə hərbi dronlarını zirvəyə daşıyıb. (32gun.az)

 

11:56 - 19 Sentyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin