Ermənistanda çevrilişə cəhd - 3 nəfər həbs edildi

 Ermənistanda çevrilişə cəhd - 3 nəfər həbs edildi

Ermənistanda hakimiyyətin zorla ələ keçirilməsini planlaşdıran dəstə üzvləri saxlanılıb.

Asayis.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin İstintaq Komitəsi yayıb.

Məlumata görə, aparılan araşdırmalar zamanı 7 Ermənistan vətəndaşının digər şəxslərlə əlbir olaraq hakimiyyəti zorla ələ keçirilməsinə hazırlaşdığı məlum olub. 

Bildirilir ki, həmin şəxslərdən üçü həbs edilib, dörd nəfər isə axtarışa verilib. Hazırda istintaq davam etdirilir.

13:20 - 18 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin