Ermənistanda hakimiyyətin zorla ələ keçirilməsini planlaşdıran dəstə üzvləri saxlanılıb.
Asayis.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin İstintaq Komitəsi yayıb.
Məlumata görə, aparılan araşdırmalar zamanı 7 Ermənistan vətəndaşının digər şəxslərlə əlbir olaraq hakimiyyəti zorla ələ keçirilməsinə hazırlaşdığı məlum olub.
Bildirilir ki, həmin şəxslərdən üçü həbs edilib, dörd nəfər isə axtarışa verilib. Hazırda istintaq davam etdirilir.