Əsir götürülən və ya Rusiyada həbsdə olan Krım tatarlarının hərbi əsirlərə dəyişdirilməsi üçün fəal işləyirik. Bunu həyata keçirmək üçün müsəlman ölkələri, Türkiyə və Azərbaycanla iş aparırıq.
Asayis.Az "Report.az"a istindən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Kiyevdə keçirilən "Krım Platforması"nın növbəti sammitinin yekunu ilə bağlı mətbuat konfransında deyib.
"Əsirlərin mübadiləsi davam edir. Rusiyada həbsdə olan Krım tatarlarını da əsirlərə dəyişə bilərik. Bugünədək Krım tatarlarından da geri qaytardıqlarımız olub", - Zelenski qeyd edib.