Adam ölümünə səbəb olmuş aparıcı yeni fotosunu paylaşıb - FOTO

 Adam ölümünə səbəb olmuş aparıcı yeni fotosunu paylaşıb - FOTO

Aparıcı Aytən Səfərova uzun müddətdən sonra yeni fotosunu paylaşıb. 

Asayis.Az xəbər verir ki, o, şəklini İnstaqram izləyiciləri ilə bölüşüb. 

Qeyd edək ki, A.Səfərova apreldə qəzaya düşüb və həmin gündəm efirə çıxmır. Hadisə səhər saatlarında 8 Noyabr prospekti istiqamətində baş verib.

“Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb. A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Digər avtomobildə olan 2005-ci il təvəllüdlü Ayxan Əliyev vəfat edib. 

 

16:53 - 9 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin