Sosial şəbəkə səhifələrində VAZ-21214 markalı avtomobilin azyaşlı tərəfindən idarə olunmasını əks etdirən videogörüntü yayımlanıb.
Asayis.Az “oxu.az”a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin videogörüntü ilə əlaqədar apardığı araşdırma nəticəsində hadisənin paytaxtın Binəqədi rayonunda qeydə alındığı və VAZ-21214 markalı, 77-HC-505 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini M.Əhmədovun idarə etdiyi müəyyən edilib.
Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsinin sahibi T.Əhmədov və M.Əhmədov barəsində inzibati tənbeh tədbiri görülüb.