Boşanmadan prezidentliyə namizədin qızı ilə görüşməyə başladı - FOTO

 Boşanmadan prezidentliyə namizədin qızı ilə görüşməyə başladı - FOTO

Jennifer Lopeslə boşanmağa hazırlaşan Ben Afflek yeni münasibətə başlayıb.

Asayis.Az "Hürriyət"ə istinadən xəbər verir ki, amerikalı aktyor bu günlərdə bir qadınla görüntülənib.

Məlumata görə, 52 yaşlı "Oscar" mükafatlı aktyorun yanındak ABŞ prezidentliyinə keçmiş namizəd, bu günlərdə seçki arısından çəkilən kiçik Kennedinin qızı Kik Kennedi olub. Onlar "Beverly Hills Hotel"də görüşüb. 

Onların dost, yoxsa sevgili olması barədə dəqiq fikir bilirilməyib. Lakin yerli media Affleklə Kennedi arasında münasibət başladığını iddia edib.

Avqustun 20-də məlum olub ki, 55 yaşlı Cennifer Lopez 52 yaşlı Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib. Aktrisa Los-Anceles Ali Məhkəməsinə vəkilsiz sənədlər təqdim edib və ərindən ayrılma tarixini göstərib - 26 aprel 2024-cü il.

Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair söz-söhbətlər may ayında başlayıb. Daha sonra məşhurların ikinci evlilik ildönümünü ayrıca keçirdikləri barədə məlumatlar ortaya çıxıb.

Ben Afflek və Cennifer Lopez 2000-ci illərin əvvəllərində tanış olublar. Həmin vaxt onlar nişanlansa da, evlənməyiblər. 2021-ci ilin yazında keçmiş sevgililər münasibətlərini bərpa edib və 16 iyul 2022-ci ildə Las Veqasda evləniblər. 


 

15:06 - 26 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin