Çeçenistanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin əsəbi açıqlamalarla yadda qalıb.
Asayis.Az SAVASH.MEDİA-ya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsini Beslandakı terror aktı ilə müqayisə edən dövlət başçısı Ukrayna prezidenti Zelenskini ölümlə təhdid edib:
“İndi Zelenski ruslar üçün eyni aqibəti yaşayacaq Basayevdir. Zelenskinin himayədarları isə əxlaqsız insanlardır, onlarla danışıqlar aparılmayacaq”.
Xatırladaq ki, Şamil Basayev 2006-cı ildə Rusiya xüsusi xidmət orqanları tərəfindən partlayıcı maddələr yerləşdirilən yük maşınının partlaması nəticəsində həlak olub.