Dünyanın ən yaxşı futbolçularından biri hesab edilən Lionel Messinin İbizadakı əfsanəvi malikanəsinə hücum olub.
Asayis.Az xarici KİV-ə istinadən xəbər verir ki, Lionel Messinin malikanəsinə iqlim fəalları gizlin girərək, ağ divarlarını qara-qırmızı rəngə boyayıblar.
Fəallar bildirir ki, Messinin aldığı 11 milyonluq malikanə qeyri-qanuni tikilib.
Onlar Messinin iqlim böhranı ilə bağlı kasıb əhaliyə kömək etmələrini tələb edir.
Qeyd edək ki, Messi bu barədə açıqlama verməyib.