Parisdə keçirilən Yay Olimpiya Oyunlarının medal sıralamasında ilk yeri 24 qızıl, 31 gümüş, 31 bürünc medalla ABŞ tutub.
Asayis.Az xəbər verir ki, Çin (22 qızıl, 21 gümüş, 16 bürünc) və Avstraliya (14 qızıl, 12 gümüş və 9 bürünc) ikinci və üçüncü yerdə qərarlaşıblar.
Azərbaycan Fransanın paytaxtı da medal sıralamasında 23-cü pillədə qərarlaşıb. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib. Azərbaycanla birlikdə Serbiya da (2 qızıl) 23-cüdür.
Ukrayna (2 qızıl, 2 gümüş, 3 bürünc) 18-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 28-ci, qardaş ölkə Türkiyə (1 gümüş, 2 bürünc) 54-cü, Ermənistan (1 gümüş) 58-ci, İran (1 bürünc) 69-cu sıradadır.
Hələlik 76 ölkə medal əldə edə bilib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.