Erməniləri böyük faciə gözləyir - Polkovnikdən xəbərdarlıq

 Erməniləri böyük faciə gözləyir - Polkovnikdən xəbərdarlıq

"Zəngəzur dəhlizi ABŞ və NATO-nun çoxdankı arzusudur”.

Asayis.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Baranets deyib.

“Onlar istəyirlər ki, keçmiş sovet ölkələrini idarə etsinlər, lakin biz buna Çinlə mane oluruq, çünki başqa yol layihəmiz var. Kim bundan iştirak etmək istəyirsə, qoy etsin. Hazırda Mərkəzi Asiyaya nəzarət uğrunda ciddi mübarizə gedir”, – o bildirib. dirnaq modelleri

Baranets ABŞ-ın əsas məqsədinin Ermənistanda Rusiyanın nəzarətinə son qoymaq olduğunu söyləyib:

“Paşinyan hazırda KTMT-dən çıxmaq kursu götürüb. Mən sizinlə diplomatik dillə danışmayacam. Ermənistan özü Rusiyadan ayrılır. Erməni xalqı Rusiyadan üz çevirmir, bunu edən rəhbərlikdir, onu isə ABŞ məcbur edir. Rusiyadan uzaqlaşma ABŞ-ın qızıl arzusudur. Bir sözlə, Moskva və Vaşinqton arasında Ermənistan uğrunda böyük mübarizə gedir.

Hazırda ABŞ ciddi inkişaf edib. Ermənistandan getmək isə bizə böyük bədbəxtliklər vəd edir. Başa düşürsünüz ki, əvvəl-axır amerikalılar Paşinyandan bizim hərbi bazamızı çıxarmasını istəyəcəklər?! Bəs bundan sonra nə olacaq? Mən aydın görürəm ki, İrəvan və Moskva münasibətləri bu ssenari üzrə inkişaf etsə, erməni xalqını böyük tarixi faciə gözləyir”.

14:15 - 5 Avqust 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin