İranda dövlət televiziyası vasitəsilə bir neçə saatdan sonra bütün dünyanın görəcəyi maraqlı hadisələrin olacağı anons olunub.
Asayis.Az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyasının 3-cü kanalının aparıcısı bildirib.
İran mediası bununla bağlı video və foto yayımlayıb.
Həmçinin, bildirilir ki, İranın dini lideri Seyid Əli Xamenei Prezident Məsud Pezeşkiana hərbi səlahiyyətlər verən fərmanı təsdiqləyib.