Vasif Talıbov yenə YAP-ın iclasına  GƏLMƏDİ​​​​​​​

 Vasif Talıbov yenə YAP-ın iclasına  GƏLMƏDİ​​​​​​​

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) iclası keçirilir. İclasda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində hakim partiyanın namizədləri müəyyənləşdirilir.

Asayis.Az-ın məlumatına görə, partiyanın mərkəzi binasında keçirilən iclasda YAP-ın İdarə Heyətinin üzvləri iştirak edir.

Ancaq İdarə Heyətində təmsil olunan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov iclasda görünməyib. O, partiyanın İdarə Heyətinin bundan əvvəlki iclaslarında da iştirak etməyib.

Məlumata görə, Vasif Talıbov hakim partiyanın namizədləri siyahısında yer almayacaq.

Qeyd edək ki, Vasif Talıbov Milli Məclisin 1 saylı Şərur- Sədərək seçki dairəsindən seçilmiş deputatıdır. O, həmçinin birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin də deputatı olub.

Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, 27 ildən sonra - 2022-ci ilin dekabrında Ali Məclisin sədri vəzifəsindən istefa verib.

13:29 - 17 İyul 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin