Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.
Hüseyn son günlər Rusiya vergi orqanlarına 153 milyon rubl borcu olması ilə bağlı haqqında çıxan xəbərlərə münasibət bildirib.
Belə ki, izləyicisinin "Səni xəbərlərdə izləyirik. Danışacaqsan?” sualına Həsənovun cavabı belə olub:
"Əgər kimsə nəsə danışır və ya yazırsa, bu hər zaman düzgün olduğuna dəlalət etmir. Hər şey yaxşıdır”. "Nəyə görə Azərbaycana köçdünüz?” sualına Hüseyn belə cavab verib:
"Mən heç yerə köçməmişəm. İstədiyim yerdə və istədiyim vaxt yaşayıram. Mən Bakıdakı tətildən və buradakı həyatdan həzz alıram. Hər zaman səyahət edirəm və mən dünya adamıyam. Mənim üç əsas yaşadığım şəhər var: Bakı, Moskva və Dubay. Hər yerdə də bütün işlərim düz yoldadır”.
Bloger qadın düşkünü olması ilə bağlı izləyicisindən gələn suala belə münasibət bildirib:
"Hələki subayam. Yəni mən nə evli, nə də ki, hansısa bir xanımla münasibətdəyəm. Kimlə istəsəm, istədiyim vaxt və istədiyim qədər ünsiyyət qururam. İstənilən yerdə də tanış oluram. Məni necə istəyirsinizsə elə də adlandırın. Heç vecimə də deyil. Yeri gəlmişkən, mən aldatmağa qəti şəkildə qarşı olan kişilərin kiçik faizinə aidəm. Mən heç vaxt adamımı aldatmayacağam. Mən yalnız bir insanı sevə bilirəm”. (Bizim.Media)