Xalq artisti dövlətə məxsus avtomobili və kabineti təhvil vermək istəmir - AÇIQLAMA

 Xalq artisti dövlətə məxsus avtomobili və kabineti təhvil vermək istəmir - AÇIQLAMA

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sabiq sədri, Xalq artisti Şəfiqə Məmmədova köhnə kabinetini, dövlət telefonunu və 99-AA-545 nömrəli dövlət maşınını hələ də təhvil verməyib. 

Asayis.Az-ın məlumatına görə, hazırda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yeni sədri, Xalq artisti Rasim Balayev köməkçisinin otağında oturur. 

Məsələ ilə bağlı xalq artisti Şəfiqə Məmmədova Demokrat.az-a açıqlamasında faktı dolayısı ilə təsdiq edib.

Xalq artisti deyib ki, qeydiyyat təsdiq olunan kimi artıq hər şey öz yerini alacaq:

“Hələ təsdiqlənməmişik. Təsdiqdən sonra telefon yeni sədrə keçəcək. İdarə heyəti yığılacaq. Bu məsələlərə baxılacaq. Deyilənə görə, qeydiyyat bu həftə bitəcək. Biz təhvili çoxdan vermişik. Sadəcə sənədlər hələ kollegiyadan keçməlidir. Amma biz artıq 2023-cü ilə görə, bütün hesabları təhvil vermişik. Başqa nəyi təhvil verməliyik ki? Əvvəlki təşkilatda nə varsa, bu təşkilat ilə hamımız birləşmişik. Hər şeyin rəsmi qaydada təsdiqindən sonra hamısını elan edəcəyik”. 

Şəfiqə Məmmədova qeyd edib ki, Ədliyyə Nazirliyi hələ də təşkilat kimi təsdiq etməyib:

“Bunların hamısı dövlətin, Ədliyyə Nazirliyinin, Mədəniyyət Nazirliyinin nəzarəti altındadır. Məncə, burada sual yaradacaq bir məsələ yoxdur. Bütün proseslər bitib, nəyimiz var, maliyyə tərəfdən, əmlakımız və s. barədə məlumat vermişik. Bütün sənədlər yığılıb, qeydiyyatı gözləyirik. Yığılacaq idarə heyəti təsdiq edilməlidir. Sədr də rəsmi qaydada təsdiq edilməlidir. Birləşmədə hüquqşünaslarla işlənilib. Təhvil vərəcəyimiz bütün sənədlər qeydiyyata gedib. Burada çox gözəl proses gedir. Bu birləşmə güclərin birləşməsidir. 

Yeni sədrimiz seçildi, birləşdik. Möhür, təşkilatın adı və s. təsdiq olunmalıdır. Bu tərəfdən də, o tərəfdən də nə lazımdırsa, rəsmi qaydada edilib və təhvil verilib. Dövlət tərəfindən təsdiqdən sonra planlar, gündəliklər hazırlanacaq. Burada birgə gözəl işlər gedir. Təbii ki, qeydiyyatdan sonra iitifaq yeniliklərlə öz işinə başlayacaq. Amma sədr çoxdan işləyir. Bütün bu proseslər hamısı dekabr ayında bitib”. 

15:06 - 8 İyul 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin