Ermənistanın baş naziri Nikol Paşinyan bu gün yenidən özünün velosipedlə videosunu yayıb.
Asayis.Az xəbər verir ki, Paşinyan sosial şəbəkədəki videopaylaşımına bu sözləri yazıb:
“İlk velosiped yürüşümüz baş tutdu. Qoşulmaq istəyirsinizsə, adınızı, telefon nömrənizi [email protected] ünvanına yazın. Bu mövzuda digər qaydaları əvvəlki postda qeyd etmişdim.
Velosiped həyatdır, velosiped optimizmdir, velosiped çətinlikləri və kədəri aradan qaldırmaq üçün gücdür. Yaşasın velosiped!”.
Ermənistanın müxalifyönlü KİV-ləri baş naziri batmaqda olan gəmiyə bənzədiblər.