"Mətanət İsgəndərlinin yanında qalıram, bizə ev aldı" - Canana (VİDEO)

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana (Aynur Vaqifqızı) "Elgizlə izlə" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, o, M.İsgəndərlinin ona ev aldığını iddia edib.

"Hər zaman Mətanət xanımın hörmətini saxlayıram. O mənim anamdır. Artıq mən Mətanət xanımın evində qalıram. Uşaqlarımın yanındayam. Bizə Mətanət xanım ev də alıb. Sağ olsun! Kaş ki, onunla aramızda bu kimi söhbətlər olmazdı. Lənət şeytana!" deyə, Canana söyləyib. 

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. 3 övlad anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var. 
 

15:46 - 4 İyun 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin