Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay İtaliyada keçiriləcək G7 sammitində iştirak edəcək.
Asayis.Az xəbər verir ki, bu barədə məlumatı İtaliya hökuməti açıqlayıb.
Bildirilir ki, Rəcəb Tayyib Ərdoğanla İtaliyanın Baş naziri Ciorcia Meloni arasında telefon danışığı baş tutub. Söhbət zamanı Türkiyə sözügedən sammitə dəvət edilib və Ərdoğan tədbirdə iştirakını təsdiqləyib.
Qeyd edək ki, ABŞ, İngiltərə, Kanada, Fransa, Almanya, İtaliya və Yaponiyadan ibarət G7-nin sammiti bu il iyunun 13-15-də İtaliyanın Puglia blgəsində baş tutacaq.