Zəngəzur dəhlizi ilə bağlı açıqlama - “Naxçıvan və Rusiya ilə...”

 Zəngəzur dəhlizi ilə bağlı açıqlama - “Naxçıvan və Rusiya ilə...”

Zəngəzur dəhlizinin açılması orta dəhlizin və Bakı-Tbilisi-Qars Dəmir Yolu Xəttinin effektivliyini artıracaq.

Asayis.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə orta dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq, bu da Pekindən Londona qədər uzanan Şərq-Qərb ticarətinin inkişafına müsbət töhfə verəcək. Orta dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla inkişaf etdirilə biləcək yeni layihələrin sayı artacaq. Həmçinin Naxçıvan və Rusiya ilə nəqliyyat və enerji sahəsiəldə edilə biləcək əməkdaşlıqla ölkəmizin regiondakı strateji mövqeyinin əhəmiyyəti artacaq",- deyə Abdulkadir Uraloğlu bildirib.

15:29 - 27 May 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin