Qazaxla sərhəddəki Kirantsa yeni yol çəkilişi başlandı

 Qazaxla sərhəddəki Kirantsa yeni yol çəkilişi başlandı

Mayın 21-i səhər tezdən Tavuş rayonunun Kirants kəndində yeni yol və körpünün inşası üçün geodeziya işləri aparılır. Asayis.Az xəbər verir ki, bunu jurnalistlərə Kirants kəndinin sakinlərindən biri deyib.

“Bu yol Açarkutdan keçəcək, sonra Kirants tərəfə dönəcək, sonra isə indiki əsas magistral yola qovuşacaq. Açarkutdan dövlətlərarası magistral standartlarına uyğun yol çəkmək istəyirlər. Daha bir körpü tikiləcək. Əsas körpümüz Azərbaycan tərəfdə qalacaq”, - deyə kənd sakini qeyd edib.

Sərhəddə aparılan delimitasiya işləri nəticəsində Kirantsa gələn yolun bir hissəsi Azərbaycan tərəfdə qalıb.

13:27 - 21 May 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin