Rusların təklifi qəbul edilmədi, 10 milyon dollarlıq konyak daha önəmli idi - Arayikin ələ keçirilməsindən DETALLAR

 Rusların təklifi qəbul edilmədi, 10 milyon dollarlıq konyak daha önəmli idi - Arayikin ələ keçirilməsindən DETALLAR

"Bir neçə gün əvvəl “The Moscow Times” qəzetinə müsahibəsində Ermənistanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri, Ermənistanın Aİ-dəki daimi nümayəndəsi Tiqran Balayan deyib ki, “Qarabağın keçmiş rəhbərləri” (separatçılar-red.) Bako Sahakyan, Arkadi Qukasyan “Qarabağdakı hava limanında yerləşən Rusiya sülhməramlı kontingentinin bazasından sözün əsl mənasında Azərbaycana köçürülüblər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, Balayan qeyd edib ki, onlar hava limanında yerləşən Rusiya bazasında olublar və Rusiyanın himayəsində olublar.

“Milli Təhlükəsizlik” partiyasının sədri Qarnik İsaqulyan bu bəyanata istinad edərək, “Qarabağ liderləri”nin həbs edilməsi ilə bağlı bəzi təfərrüatları dərc edib. Xüsusilə o qeyd edib ki, bəli, hamı bazada olub. “Ancaq heç kimi Rusiya bazasından aparmayıblar. Onları bazada qalmağa, oranı tərk etməməyə inandırıblar. Şahid var, bir general deyib ki, getsəniz, geri qayıtmayacaqsınız. Amma yox, kimsə onları əmin edib, Xankəndiyə gediblər”, - deyə İsaqulyan bildirib.

İsaqulyan onları aparan şəxsin adını çəkməyəcəyini qeyd edib. İsaqulyanın sözlərinə görə, 40-45 dəqiqədən sonra onlar “parlament sədri” Davit İşxanyanın arxasınca gəliblər. “Rusiya sülhməramlı qoşunlarının rəhbərliyi və əməkdaşları da Davidə getməməyi, bazada qalmağı təklif etdilər, lakin sonuncu yenə də getdi. Onlar nahar edib, bilyard oynayırdılar. Və getdikləri yerdən onları həbs edib apardılar”, - deyə İsaqulyan bildirib.

Araik Harutyunyana gəlincə, İsaqulyanın sözlərinə görə, bu, daha pis əhvalatdır. “Şəhramanyan bilir, onun susmasına təəccüblənirəm. Arayik birbaşa ticarət etmək qərarına gəldi: gedib şərab zavodunu satmaq istəyirdi, ruslar onu Xankəndiyə getməkdən çəkindirməyə çalışdılar. O imtina etdi və dedi ki, orada 10 milyon dollarlıq konyakı var. O, zavoda gedəndə onu orada həbs ediblər”, - deyə İsaqulyan qeyd edib və əlavə edib ki, Rusiya hərbi bazasının bununla nə əlaqəsi var? Yeri gəlmişkən, İsaqulyanın adını çəkmədiyi şəxslə bağlı versiyalar bir sıra sosial şəbəkələrdə, o cümlədən “Telegram” kanallarında yayılır. O günlərdə əslində nə baş verdiyi sualına gəlincə, bəlkə də bir gün məhz şahidlər bu barədə danışacaqlar”, - deyə nəşr bildirib.

14:55 - 4 May 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin