Ermənistanda "TikTok" bağlana bilər

 Ermənistanda

Ermənistanda Televiziya və Radio Komissiyasının rəhbəri "TikTok"un məhdudlaşdırılmasını təklif edib.

Asayis.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, misal olaraq, Tiqran Akopyan oxşar qərarların müzakirə olunduğu Aİ və ABŞ-ı göstərib.

O qeyd edib ki, texnoloji inqilab dövlət tərəfindən məzmuna nəzarətin itirilməsinə gətirib çıxarıb.

Ona görə də ölkələr məzmun məhdudiyyətinə keçiblər, lakin Ermənistan bu baxımdan geri qalır.

17:00 - 30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin