Ermənistanda Televiziya və Radio Komissiyasının rəhbəri "TikTok"un məhdudlaşdırılmasını təklif edib.
Asayis.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, misal olaraq, Tiqran Akopyan oxşar qərarların müzakirə olunduğu Aİ və ABŞ-ı göstərib.
O qeyd edib ki, texnoloji inqilab dövlət tərəfindən məzmuna nəzarətin itirilməsinə gətirib çıxarıb.
Ona görə də ölkələr məzmun məhdudiyyətinə keçiblər, lakin Ermənistan bu baxımdan geri qalır.