Türkiyəli müğənni İbrahim Tatlısəs nəvəsi Mert Tatlısəsi məhkəməyə verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Mertin sənətçinin evində 6 ildir icazəsiz qalmasıdır.
Məhkəmə qərarına əsasən nəvəsi müğənniyə 370 min 246 lirə vəsait ödəməli və evi boşalmalıdır.