"Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə nə edirdilər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdən gəlirdim gəlinimgilə. Ona deyirdim ki, filan şeyi belə etmək lazımdır və sairə... Beləcə, onu başa salırdım".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Söhbət var" proqramında deyib. İfaçı gəlini ilə münasibətindən danışıb:
"Gəlinim məni çox gözəl anlayır. İnsanın içində bir ifritə, bir də mələk tərəfi olur. O mənim mələk tərəfimi tapıb. Hamı deyirdi ki, Xatun gəlinlə necə yola gedəcək? Bilmirdim niyə belə deyirdilər... Şər atırdılar mənə... Mən belə insanam? Gəlinim iki qardaşın bir bacısıdır. O oğlum Adillə Bakı Dövlət Universitetində bir oxuyublar. Yəni o qız valideyinlərinin gül balasıdır. Bir anlıq fikirləşdim ki, gəlinim mənim uşağımdır. Yəni mənim qızımdır. Necə öz qızımla davranmalı idimsə, onunla da belə davranmalıyam. O da öz yerini bilir. Arada elə şeylər olur ki, mən evdə səsimi də ucalda bilərəm. Amma bu, normaldır. Bura da nə var ki?".
Qeyd edək ki, Xatunun oğlu Adil 2022-ci ildə Gülnar adlı xanımla ailə qurub. Onların bir övladı var.