Gürcüstan millisi tarix yazdı

 Gürcüstan millisi tarix yazdı

Futbol üzrə Gürcüstan millisi Avro-2024-ün pley-off mərhələsində Yunanıstan yığmasına penalti zərbələrində qalib gələrək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb.

Asayis.Az xəbər verir ki, qolsuz bərabərliklə başa çatan əsas hissəsinin ardınca penaltilər seriyası oynanılıb.

Gürcüstan - Yunanıstan - 0:0 (Penaltilər - 4:2)

Qeyd edək ki, Gürcüstan millisi Giorgi Lorianın, 45+3 dəqiqədə aldığı qırmızı vəsiqədən sonra mübarizəni azlıqda davam etdirib.

12:15 - 28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin