Futbol üzrə Gürcüstan millisi Avro-2024-ün pley-off mərhələsində Yunanıstan yığmasına penalti zərbələrində qalib gələrək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb.
Asayis.Az xəbər verir ki, qolsuz bərabərliklə başa çatan əsas hissəsinin ardınca penaltilər seriyası oynanılıb.
Gürcüstan - Yunanıstan - 0:0 (Penaltilər - 4:2)
Qeyd edək ki, Gürcüstan millisi Giorgi Lorianın, 45+3 dəqiqədə aldığı qırmızı vəsiqədən sonra mübarizəni azlıqda davam etdirib.