İspaniyada teleqramın bloklanması qərarı ləğv olunub

 İspaniyada teleqramın bloklanması qərarı ləğv olunub

İspaniya Milli Məhkəmə Kollegiyası krallıqda teleqram messencerinin işini müvəqqəti bloklamaq barədə qərarını ləğv edib.

"Report"un məlumatına görə, bu barədə qurumun mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, hakim Santiaqo Pedras müvəqqəti bloklamaq üçün əmri ləğv edib. O, belə bir tədbirin yersiz və qeyri-mütənasib olacağını hesab edib.

Xatırladaq ki, daha əvvəl Milli Məhkəmə Kollegiyasının hakimi Santyaqo Pedras iddianı təmin etmək üçün İspaniyada teleqram messencer tətbiqinin dayandırılmasına göstəriş verib.

12:30 - 27 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin