"Latviya “Krokus Siti Hall”da terror aktının təşkilatçılarını tanıyır”.
Asayis.Az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Riqadakı səfirliyi Telegram-da məlumat yayıb .
Diplomatik nümayəndəlik qeyd edib ki, Latviya hakimiyyəti hələ də terror aktını pisləməyib və həlak olanların ailələrinə başsağlığı verməyib. “Bütün bunlar onu deməyə əsas verir ki, Riqa bu qanlı qətliamın arxasında kimin dayandığını yaxşı bilir və ölkəmizin mülki əhalisinə qarşı terroru bəyənir”, – səfirlik qeyd edib.
Qeyd edək ki, Latviya polisi vətəndaşlara Rusiya səfirliyinin binasına gül gətirməyi qadağan edir.