Aparıcı Xoşqədəm Hidayətqızı valideynlərə səslənib.
Axşam.az xəbər verir ki, bu haqda verilişində danışan aparıcı uşaqların TikTok-a girməsini tənqid edib:
"Uşaqlarınızı, ailənizi, evinizi TikTok-dan qoruyun. Dəhşətə gəlirəm. Dəhşətdir, biabırçılıqdır. Niyə bizdə orta hədd yoxdur? Bizdə sevginin də, nifrətin də ifratıdır. Bütün sahələrdə belədir. TikTok-a daxil olursan, nələr var, nə biabırçılıqlar var".