"Ölüm ayağında olsam da gələrəm"

"Çox qəribədir, uzaqdan, yaxından çox tanıdıqlarım var. Çox nadir insanlar var ki, onun qədər ona güvənir, inanıram. Bunun üçün xüsusi zəhmətə ehtiyac yoxdur, məncə. Yetər ki, olduğun kimi qalasan. İlk tanıdığım gündən o qədər sevdim ki...  Sanki illərnən görmədiyim, çox uzaqlarda yaşayan, ancaq ürəyi, diqqəti, sevgisi mənimlə olan doğma bacımdın".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova Əməkdar artist Dilarə Əliyeva ilə bağlı paylaşımında yazıb. Müğənni mərhum prodüser Oqtay Əliyevin ölüm indönümü ilə bağlı paylaşımında bunları yzıb: 

"Heç unutmaram ayağım tutulmuşdu zəng vurdun ki, bir zəng qədər yanındayam. Bir biləydin o sözün mənə necə dərman oldu. Deyəcəksən, bu Aybəniz hara yoxa çıxıb neçə aydı. İnşallah, görüşəndə deyəcəyəm. Nə olur olsun, dünya tərsinə dönsə də bilin ki, ölüm ayağında da olsam ölümüm ayağının altında olar bilsəm sənə gərəyəm, mənim dünya gözəli bacım. Bu gün, Oqtay Əliyevin sənsiz yaşadıgı ömrün 1-ci ildönümüdür. Ruhu şad olsun. Allah yerini behişt etsin. Övladlarına ruhu duaçı olsun. Səni isə Allah heç kimə möhtac etməsin. Bu yeni bahar fəslin xoş günlər nəsib etsin ömrünə. Allahın verdiyi bu ömür imtahanında hər zaman qalib dayanasan".

10:00 - 25 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin