“Qazaxın kəndlərındən sonra Zəngəzur təhvil veriləcək” - Erməni polkovnik

 “Qazaxın kəndlərındən sonra Zəngəzur təhvil veriləcək” - Erməni polkovnik

Asayis.Az xəbər verir ki, bu barədə erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Hayk Nahapetyan yazıb.

Onun sözlərinə görə, kəndlərin təhvil verilməsindən sonra Azərbaycan Zəngəzur dəhlizinin açılışı istiqamətində hərəkətə keçəcək.

“Paşinyan da bildirəcək ki, dəhlizi verməsək, müharibə olacaq. Beləliklə, Sünik (Zəngəzur) də Azərbaycanın nəzarətinə keçəcək”, - o bildirib.
Erməni polkovnik qeyd edib ki, 4 kəndin qaytarılması ilə Ermənistanın şimal bölgəsindəki əsas infastruktur və yollar da Azərbaycanın nəzarətinə keçəcək.

14:00 - 24 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin