Rusiyanın dondurulmuş aktivləri ilə Ukraynaya silah alına bilər

 Rusiyanın dondurulmuş aktivləri ilə Ukraynaya silah alına bilər

"Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90 faizinin Avropa Sülh Fondu vasitəsilə Ukraynaya silah almaq üçün istifadə edilməsini təklif edəcəyik”. 

Asayis.Az
 xəbər verir ki, bu fikirləri Avropa İttifaqının xarici siyasət rəhbəri Cozef Borel bildirib.

Aİ-nin baş diplomatı Brüsseldə jurnalistlərə açıqlamasında qeyd edib ki, qalan 10 faizlə bağlı da təklifi olacaq:

“Yerdə qalan 10%-in Ukrayna müdafiə sənayesinin potensialının artırılması üçün üçün Aİ büdcəsinə köçürməyi təklif edəcəyik. 

Təklif cümə axşamı və cümə günü keçiriləcək Aİ liderlərinin zirvə toplantısından əvvəl Aİ üzv dövlətlərinə təqdim ediləcək. Konkret təklif sabah masaya qoyulacaq. Bu təklif, üzv dövlətlər üçün nəzərdə tutulub”.
 

12:30 - 21 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin