Azərbaycanın Ukraynaya vacib humanitar yardımını alqışlayıram - Stoltenberq

 Azərbaycanın Ukraynaya vacib humanitar yardımını alqışlayıram - Stoltenberq

Ukrayna Qara dəniz ölkəsidir. Bu, NATO-nun tərəfdaşı olan ölkədir. Rusiya isə Ukraynaya qarşı müharibəni davam etdirir.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

“NATO müttəfiqləri davam edən müharibənin nəticələrindən son dərəcə narahatdırlar. NATO müttəfiqləri Ukraynaya dəstək verir. Mən çox ehtiyac duyulan humanitar yardıma gəldikdə, Azərbaycanın da Ukraynaya göstərdiyi çox vacib dəstəyi alqışlayıram. Amma daha çox dəstəyə ehtiyac var, çünki Ukraynada vəziyyət son dərəcə ağırdır”, - o deyib.

10:15 - 19 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin