"Amansız xəstəliyim buna mane oldu"

Xalq artisti Könül Xasıyeva gerçəkləşməyən layihəsindən danışıb.

Axşam.az xəbər verir ki, xanəndə bu haqda "Zaurla Günaydın" proqramında danışıb. İfaçı bildirib ki, "Yollar bağlıdır" mahnısı ilə bağlı arzuladığı layihəsini gerçəkləşdirməyə xəstəliyi səbəb olub:

"Bu mahnını yazdıranda fikir var idi ki, klip çəkdirək. Səhhətimdə amansız problemlər yarandı. Buna görə də layihəmiz təxirə düşdü və qaldı".

K.Xasıyeva iyunun 5-də Heydər Əliyev Sarayında "Ana" adlı konsert verəcəyini də açıqlayıb.

12:30 - 18 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin