Martın 13-ü və 14-də Ermənistandakı “Mənim addımım” xeyriyyə fondunun qəyyumlar şurasının iki növbədənkənar iclası keçirilib. Həmin iclasda fondun Himayəçilər Şurasının sədri və icraçı direktorunun dəyişdirilməsi məsələlərinə baxılıb.
Asayis.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, martın 14-də keçirilən iclasda fondun icraçı direktorunun dəyişdirilməsi məsələsi müzakirə olunub. İdarə Heyətinin üzvlərinin yekdil qərarı ilə baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Fondun icraçı direktoru seçilib.
Ermənistanın yüksək texnologiya sənayesi naziri Mxitar Ayrapetyan isə İdarə Heyətinin sədri seçilib.