Avropa Şurası Parlament Assambleyası (AŞPA) islamofobiyanı təşviq edir.
Asayis.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun panel iclasında deyib.
H.Hacıyev AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdiyinə diqqət çəkərək bildirib ki, Azərbaycan stabil regionun qurulması üçün çalışır. Bu isə BMT konsepsiyası əsasında qurulacaq.
"Biz çoxtərəfli böhran yaşayırıq. Beynəlxalq təşkilatların qarşılarında duran öhdəlikləri icra etməmələri əsas problemlərdəndir. Məsələn, COVID-19-un vurduğu ziyanların qarşısı tam alınmamışdı. Azərbaycan isə koronavirus pandemiyası ilə mübarizədə öz töhfəsini verdi", - Prezidentin köməkçisi əlavə edib.