Gürcüstanda müsəlmanlara qarşı zorakılıq rəsmiləri hərəkətə keçirib - VİDEO

 Gürcüstanda müsəlmanlara qarşı zorakılıq rəsmiləri hərəkətə keçirib - VİDEO

 

Martın 8-i Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki Adıgeni kəndində xristian dini icmasının bəzi nümayəndələri müsəlmanlara qarşı zorakılıq tətbiq edib, müsəlmanların namaz qılmasına mane olublar. Bu isə həmin ölkənin rəsmi qurumlarını hərəkətə gətirib.

Hadisə ilə bağlı ilk olaraq Gürcüstan Müsəlmanları İdarəsi bəyanat yayıb.

Bəyanatda deyilir ki, dini etiqad azadlığı Gürcüstan Konstitusiyası ilə qorunur. Buna uyğun olaraq, hər bir vətəndaş Konstitusiyaya və bir-birinin, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dəyərlərinə hörmətlə yanaşmalıdır.

İdarənin bəyanatından sonra Gürcüstanın Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb. Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Aparatı və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi bəyanat yayaraq bu hadisəni pisləyib.

Asayis.Az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 

12:45 - 12 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin